Bakıda mağazadan 10 min manat dəyərində kitab oğurlanıb

Bakıda mağazadan 10 min manat dəyərində kitab oğurlanıb

Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının içərisində yerləşən kitab mağazasından oğurluq olub.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, mağazanın sahibi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Sahibkar bildirib ki, mağazadan dəyəri 10 min manata yaxın olan kitablar oğurlanıb.

Faktla bağlı Metropoliten Polis Şöbəsində araşdırma aparılır.

S.B.

0
10