Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti təxirə salınıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti təxirə salınıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu ilin sonlarında Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilməsi planlaşdırılan VI sammiti qeyri-müəyyən müddətə təxirə salınıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

XİN sammitin yeni tarixinin təşkilata üzv ölkələrlə razılaşdırılacağını bildirib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə təmsil olunur. Şuranın V sammiti 2015-ci ilin sentyabrında Qazaxıstan paytaxtı Astanada keçirilib.

S.B.

0
8