Yerevanda Sarkisyanın qardaşı ilə dost olan “qanuni oğru” saxlanıldı – FOTO

Yerevanda Sarkisyanın qardaşı ilə dost olan “qanuni oğru” saxlanıldı – FOTO

Dünən Yerevanda kriminal aləmdə məşhur “qanuni oğru” Merab Kalaşov (Merab Tbilisski) həbs edilib.

Oxu.Az bu barədə RİA Novostiyə istinadən xəbər verir.

Kalaşov milliyyətcə kürddür, Polşa vətəndaşıdır və 2015-ci ildən fransız hakimiyyəti tərəfindən çirkli pulların yuyulması, qarət, eləcə də mütəşəkkil cinayət qrupunun üzvü olması ittihamları ilə axtarışa verilib.

Kalaşov Yerevan şəhər Baş cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən şəhərin mərkəzində Qriqor Lusavoriç 4/2 ünvanında saxlanılıb. Cinayətkarın saxlanılması haqqında İnterpolun baş ofisinə, eləcə də Ermənistanın baş prokurorluğuna məlumat verilib.

Haqqin.az xəbər verir ki, bəzi məlumatlara görə, Kalaşov Ermənistanın iqtidar partiyasının bir sıra deputatları, eləcə də prezidentin öz kriminal əlaqələri ilə məşhur olan qardaşı Aleksandr Sarkisyan ilə sıx əlaqələri var.

N.O.

0
10