Yeni McDonald's restoranı “Gənclik Mall” ticarət mərkəzində açıldı

Yeni McDonald's restoranı “Gənclik Mall” ticarət mərkəzində açıldı

70 gənc işlə təmin olundu.

Azərbaycanın ən iri ticarət mərkəzlərindən biri olan “Gənclik Mall” 15 Aprel 2016-ci il tarixində öz qapılarını müştərilərin üzünə açdı. Bu ticarət mərkəzində dünyaca məşhur McDonald’s restoranı da fəaliyyətə başladı.

Hər dəfə olduğu kimi, McDonald’s Azərbaycan şirkəti yeni  restoranının ilk müştəriləri kimi məhz Uşaq Evlərində tərbiyə alan uşaqları seçdi. Restoranın açılışı münasibətilə McDonald’s Azərbaycan şirkəti tərəfindən uşaqlara hədiyyələr təqdim olunmuşdur. 

Ən böyük hədiyyə isə bütün uşaqların sevimli qəhrəmanı olan brendin məşhur personajı Ronald McDonald-ın bu tədbirdə iştirakı oldu. O uşaqlar üçün maraqlı və əyləncəli proqramı təşkil etmişdir. 

Bundan başqa, bu tədbirdə McDonald’s restoranların müştəriləri tərəfindən yığılmış ianələrdən 23 600 AZN dəyərində simvolik çek Uşaq Evinin direktoruna təqdim edilmişdir. Bu məbləğə Uşaq Evinə lazımı texniki avadanlığın alınmasına sərf edilmişdir.  

«İlk öncə bütün McDonald’s ailəsini yeni restoranın açılışı münasibəti ilə kollektivimiz adından ürəkdən təbrik edirəm, bol-bol uğurlar arzu edirəm. Belə gözəl tədbir təşkil etdiyiniz üçün və eyni zamanda daim uşaqlarımızı yaddan çıxarmadığınız üçün Sizə təşəkkürümüzü bildiririk” – 3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova vurğulamışdır.  Eyni zamanda McDonald’s Azərbaycan şirkəti öz müştərilərinə belə gözəl xeyriyyə tədbirində iştirak etdiklərinə görə dərin minnətdarlığını bildirir.

“Ganclik Mall”  ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən tam yeni dizaynlı McDonald’s restoranının ümumi sahəsi 150 kv metr təşkil edir və qida sahəsində istifadə edilən ən son texnologiyalarla və avadanlıqlarla təchiz edilmişdir. 

Restoranda qida təhlükəsizliyini bütün mərhələlərdə qorunması və müştərilərimizi yüksək keyfiyyətli qida ilə təmin etmək üçün bütün qida sahələri komputerli sistemlərlə təchiz olunmuşdur. Bu sistem vasitəsilə müştərilərimizə keyfiyyətli qida və tez qulluq göstəriləcəkdir. 

Yeni restoranın açılışı münasibətilə 70 Azərbaycan gəncləri işlə təmin olunmuşdur. Bu gənclər 6 ay ərzində McDonald’s Azərbaycan şirkətinin digər restoranlarında təlimlər keçərək, burada öz müştərilərinə yüksək səviyyəli xidmət göstərəcəklər. 

Ümumiyyətlə, McDonald’s Azərbaycan şirkəti işçilərin gündəlik işin təşkili, müştərlərlə bir başa ünsiyyət qurmaq, restoranı yüksək standartla idarə etmək üçün işçilərin təlim proqramına və inkişafına xüsusi diqqət ayırır. Peşəkar kadrlar McDonald’s Azərbaycan şirkətinin uğurunun əsas hissəsini təşkil edir. 

Hər bir işçi  McDonald’s sistemində karyera başlanğıcı və artımı üçün gözəl fürsət qazanmışdır. Bu gün yeni restoranın açılışı ilə McDonald’s Azərbaycan şirkətinin işçillərnin ümumi sayı hal-hazırda 1000 nəfərə yaxınlaşır. Bu son deyil, McDonalds Azərbaycan şirkəti  gələcəkdə də yeni restoranlar açaraq bu rəqəmi daha da artırmaq niyyətindədir.

McDonald’s Azərbaycan1999-cu ilin Noyabr ayından etibarən fəaliyyət göstərməkdədir və hal-hazırda 11 müəssisədən ibarətdir.

Uşaq Evlərində təlim-tərbiyə alan balaca qonaqların iştirakı ilə McDonald’s tərəfindən Gənclik Mall-da yeni restoranın açılışı zamanı çəkilmiş videoçarxı diqqətinizə təqdim edirik. 

0
73