“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” memorandum imzaladı – FOTO

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” memorandum imzaladı – FOTO

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilə Cibuti Limanı və Azad Ticarət Zonası arasında Anlaşma Memorandumu imzalanıb.

Oxu.Az-a Bakı Limanından verilən məlumata görə, limanlar arasında olan əməkdaşlıq əlaqələrini genişləndirəcək müqaviləni Bakı Limanının Baş direktoru Taleh Ziyadov , Cibuti Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkir Ömər Hadi imzalayıblar.

İmzalanmış memoranduma əsasən limanlar arasında təcrübə mübadiləsi də həyata keçiriləcək, liman idarəçiliyi, həm də liman heyətinin təlim və tədrisi sahələrində əməkdaşlıq aparılacaq.

Xatırladaq ki, cari ilin sentyabr ayında Bolqarıstanın Limanlar İnfrastrukturu Şirkəti ilə də anlaşma memorandumu imzalanmışdır. 2015-ci ildə Bakı Limanı, Batumi Dəniz Limanı və Aktau Limanı arasında məqsədi TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Əlaqələndirmə Komitəsinin təsis edilməsi və TransXəzər Nəqliyyat Dəhlizi vasitəsilə əlavə yük axınlarını cəlb etməkdən ibarət olan üçtərəfli Anlaşma Memorandumu imzalanmışdır.

Yanvar ayında isə Bakıda keçirilmiş dördtərəfli görüşdə Ukrayna da Transxəzər marşrutuna qoşulub.

Həmçinin, Bakı Limanı son illərdə Antverpen, Panama, Aktau və Poti limanları ilə Anlaşma Memorandumu imzalamış, Qətər və Sinqapur limanı ilə yaxın əməkdaşlığa cəlb olunmuşdur.

U.A.

0
5