“Parabank”da növbədənkənar iclas keçiriləcək

“Parabank”da növbədənkənar iclas keçiriləcək

İclas bankın BOKT-a transformasiya ilə bağlı olacaq.Bu gün “Parabank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.


Oxu.Az -ya istinadən xəbər verir ki, bu barədə bankdan bildirilib.

Yığıncaqda bankın səhmdarlarına dividendlərin, həmçinin imtiyazlı səhmlər üzrə dividendlərin ödənilməsi, mövcud əmanətlərin (depozitlərin) müddətlərinin uzadılması, fiziki və hüquqi şəxslərdən yeni əmanətlərin (depozitlərin) qəbul edilməsi, habelə yeni kreditlərin verilməsi və digər investisiya əməliyyatlarının həyata keçirilməsinin müddət və şərtlərinin müəyyən edilməsi, BOKT-un nizamnaməsinin və təşkilati strukturunun habelə, filiallarının əsasnamələrinin təsdiq edilməsi, idarəetmə orqanlarının təyin edilməsi məsələsi müzakirə ediləcək.


Bundan başqa, iclasda “Parabank”ın əmanətçiləri və digər depozit hesablarının sahibləri qarşısında öhdəliklərinin yerinə yetirilməsi planının təsdiq edilməsi, digər kreditorların qarşısında öhdəliklərin icrası planının təsdiq edilməsi məsələsinə də baxılacaq.

U.A.

0
4