Yoahim Levin müqaviləsinin vaxtı uzadıldı

Yoahim Levin müqaviləsinin vaxtı uzadıldı

Almaniyanın futbol üzrə yığmasının baş məşqçisi Yoahim Lev komanda ilə işini 2020-ci ilə qədər davam edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, müqavilənin müddətinin uzadılması noyabrın 1-də elan ediləcək.

Məşqçinin Alman futbol ittifaqı ilə əvvəlki razılaşmasının vaxtı 2018-ci ilin iyul ayında sona çatr.

Lev Almaniya yığmasına 2006-cı ildən başçılıq edir. Məşqçinin rəhbərliyi altında komanda 2010 və 2014-cü illərdə bürünc və qızıl medal qazanıb, 2008 və 2012-ci illərdə Avropa çempionatlarının gümüş və bürünc mükafatçısı olub. 2014-cü ildə Lev Beynəlxalq Futbol Asossiasiyasının versiyasına görə, ilin məşqçisi elan edilib.

N.O.

0
6