Sumqayıtda kafedə yanğın: Zəhərlənənlər var

Sumqayıtda kafedə yanğın: Zəhərlənənlər var

Sumqayıt şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əriyib.


Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib. Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

U.A.

0
5