Mahaçqalada kütləvi zəhərlənmə:72 uşaq xəstəxanalıq oldu

Mahaçqalada kütləvi zəhərlənmə:72 uşaq xəstəxanalıq oldu

Mahaçqalada 108 yerli sakin yoluxucu bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan 72 nəfəri uşaqlardı.

İlkin məlumata əsasən, zəhərlənməyə içməli su səbəb olub. Hadisənin sakinlərin istifadə etdiyi içməli suyun yağış sularına qarışması nəticəsində baş verdiyi ehtimal olunur.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Mahaçqalada son günlər intensiv yağışlar müşayiət olunub.

0
9