ABŞ-da daha bir təyyarə həyəcanı yaşandı

ABŞ-da daha bir təyyarə həyəcanı yaşandı

ABŞ-ın Florida ştatında “Fedex” aviaşirkətinə məxsus yük təyyarəsində yanğın olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum səbəbdən eniş edən  təyyarənin şassisi yanmağa başlayıb. İnsident Florida ştatının Brouard dairəsində, Hollivud şəhərində qeydə alınıb.

Hazırda yanğın söndürülüb. Hadisə zamanı zərərçəkən olmayıb. Aeroportda uçuşlar müvəqqəti olaraq dayandırılıb. İnsidentin səbəbləri araşdırılır.

Qeyd edək ki, bu gün ABŞ-ın Çikaqo şəhərinin hava limanında “American Airlines” şirkətinə məxsus təyyarədə baş verən yanğın nəticəsində 8 nəfər xəsarət alıb.

0
8