Millimizin rəqibi baş məşqçisi ilə müqaviləni uzatdı

Millimizin rəqibi baş məşqçisi ilə müqaviləni uzatdı

Almaniya Futbol Federasiyası yığma komandanın baş məşqçisi Yoahim Lövlə müqaviləni 2020-ci ilədək uzadıb.

APA-nın xəbərinə görə, bu barədə “Bild”-ə məlumatlı mənbə bildirib.

Bildirilir ki, müqavilə ilə bağlı rəsmi məlumat noyabrın 1-də veriləcək.

56 yaşlı Y.Löv yığmaya 2006-cı ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Almaniya millisi dünya çempionatının bürünc (2010) və qızıl (2014), Avropa çempionatının isə gümüş (2008) və bürünc (2012) mükafatçısı olub. 2014-cü ildə Y.Löv FİFA tərəfindən "İlin məşqçisi" seçilib.

Qeyd edək ki, Y.Löv vaxtilə Almaniyanın "Ştutqart" və "Karlsrue", Türkiyənin "Fənərbağça" və "Adanaspor" klublarına rəhbərlik edib.

Xatırladaq ki, Almaniya yığması dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupdadır.

0
5