OPEK-in Vyana görüşü dalana dirənib

OPEK-in Vyana görüşü dalana dirənib

OPEK-in Vyanada keçirilən və artıq 11 saatdır ki, davam edən görüşü dalana dirənib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “Dow Jones” öz mənbələrinə istinadən xəbər verib.

Danışıqların uzanmasına səbəb İran və İraq nümayəndələrinin etirazları göstərilir. İlkin məlumata görə, onlar hesab edirlər ki, OPEC adıçəkilən ölkələrin hasilatını düzgün qiymətləndirmir.

Vyanada yerli vaxtla saat 10:00-a başlayan OPEC-in xüsusi komitəsinin görüşü davam edir. İclas mətbuata qapalı keçirilir.

S.B.

0
8