Tacikistana elektrik enerjisinin verilməsi bərpa olundu

Tacikistana elektrik enerjisinin verilməsi bərpa olundu

Tacikistan ərazisində elektrik enerjisinin verilməsi bərpa olunub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ölkənin 90% ərazisində işığın kəsilməsinə Düşənbədən 100 km şərqdə yerləşən Nurek SES-da yaranan qəza səbəb olub.

Hadisə ilə əlaqədar xüsusi dövlət komissiyasının yaradıldığı bildirilir.

Ümumilikdə ölkə 2 saat 20 dəqiqə ərzində tamamilə işıqsız qalıb.

0
5