Tacikistan işıqsız qaldı

Tacikistan işıqsız qaldı

Tacikistanda enerji xəttlərində baş vermiş qəza nəticəsində ölkə ərazisinin təxminən 90%-i işıqsız qalıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, hazırda qəzanın səbəbləri araşdırılır.

İlkin məlumata əsasən, nasazlıq paytaxt Düşənbədən 100 km şərqdə yerləşən “Nurek” Su Elektrik Stansiyasında baş verib.

Elektrik təchizatı bütün ev və müəssisələrdə dayanıb, yollarda işıqforlar sönüb.

S.B.

0
4