Milyonçunun vəsiyyəti açıqlandı: Katibəsinə 75 milyon bağışlayıb

Milyonçunun vəsiyyəti açıqlandı: Katibəsinə 75 milyon bağışlayıb

İtaliyada 90 yaşında ölən iş adamının vəsiyyəti hər kəsi təəccübləndirib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin bir nömrəli supermarketlər şəbəkələrindən olan “Esselunga”nın sahibi Bernardo Caprotti sentyabrın 30-da dünyasını dəyişib.

Milyonçunun ölümündən sonra böyük maraqla gözlənən vəsiyyət açıqlanıb və məlum olub ki, Caprotti sərvətinin yarısını - 75 milyon avronu, 2 dəyərli rəsm əsərini 48 il katibəsi olaraq çalışan 68 yaşlı qadına miras qoyub.

Mirasın yerdə qalan hissəsi isə 5 qardaşı uşağı arasında bölüşdürüləcək.

İş adamı holdinqinin hissələrinin 70 faizini həyat yoldaşı və qızına, yerdə qalanını isə ilk evliliyindən olan iki qızına vəsiyyət edib.

A.S.

0
5