Hökumət dollar kreditləri ilə bağlı təkliflər hazırlayır – VİDEO

Hökumət dollar kreditləri ilə bağlı təkliflər hazırlayır – VİDEO

“Biz təşkilat olaraq kredit vəziyyətini təhlik edirik”.

Bu gün borclarını qaytarmaq istəməyən və qaytarmaq iqtidarında olmayan kateqoriyaları bir-birindən ayırmaq o qədər də asan deyil. Biz (güzəşt etməklə) bu insanları mükafatlandırırıq.

Amma bu bir il ərzində borclarını ya vaxtı çatdıqdan sonra yaxud vaxtı çatmamış qaytarmış məsuliyyətli şəxsləri isə cəzalandırırıq. Onlar axı öz borclarını yeni məzənnə ilə qaytarıblar.

Oxu.Az xəbər verir ki, bunu ANS-ə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı dollar kreditlərinə güzəşt edilməsi məsələsinə münasibət bildirib.

Palata sədrinin sözlərinə görə, bu məsələdə güzəşt sosial ədalətin pozulması deməkdir.

Onun sözlərinə görə, mövcud problem iki tərəf – bank və əhali arasında olan münasibətlərdir.

“Bu, dövlət deyil. Banklar və borcalanların qarşılıqlı razılaşmaları və konsensusu üzərində həll olunmalıdır. Bu mənim subyektiv fikrimdir, amma biz təşkilat olaraq kredit vəziyyətini təhlik edirik, o barədə qərarlarımız olacaq. Ola bilsin banklar bu gün çox ürkək davranırlar. Hətta öz pozitiv addımlarını belə ictimaiyyətə açmaqdan xoflanırlar, qorxurlar”, - deyə, R. Aslanlı bildirib.

0
27