Obama Almaniyadadır

Obama Almaniyadadır

ABŞ prezidenti yarmarkanın açılışında iştirak edəcək.

ABŞ prezidenti Barak Obama Almaniyaya işgüzar səfərə gedib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Ağ Ev başçısı by gün Almaniya kansleri Angela Merkel ilə birgə sənaye yarmarkasının açılışında iştirak edəcək.

Hannover texnologiya və sənaye investisiyaları yarmarkası dünyada ən böyük yarmarka hesab olunur. Bu il tədbirin tərəfdaş ölkəsi ABŞ-dır.

Obama Almaniyaya dünya turu çərçivəsində səfər edib. O bundan öncə Səudiyyə Ərəbistanı və Böyük Britaniyada krallıqlarında olub.

0
48