AZAL-ın “Boeing”lərlə bağlı ciddi problemi var

AZAL-ın “Boeing”lərlə bağlı ciddi problemi var

Təyyarələrinin mühərriklərində nasazlıq aşkarlanıb.

ABŞ Federal Aviasiya İdarəsi “Boeing 787” təyyarələrinin mühərriklərinin təcili dəyişdirilməsi barədə tapşırıq verib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu, ABŞ media orqanlarında yayılan Federal Aviasiya İdarəsinin bəyanatında əksini tapıb.

Bəyanatda qeyd edilib ki, əgər mühərriklər zamanında dəyişdirilməsə, uçuş zamanı problem yarana bilər. Mühərriklərdə konkret hansı çatışmazlığın olması açıqlanmayıb. Yalnız qeyd edilib ki, təyyarədəki mühərriklərin eyni anda hər ikisi dayana bilər və yenidən mühərrikləri işə salmaz mümkünsüz olacaq.

Qeyd edək ki, “Boeing 787” tipli təyyarələr “Azərbaycan Hava Yolları” (AZAL) da daxil olmaqla, dünyanın bir çox aviaşirkətlərinin parkında yer alıb. AZAL 2014-cü il 23 və 24 dekabr tarixlərində iki "Boeing 787 Dreamliner" təyyarəsi alıb. 

0
36