Nalbandyan: Lavrov Yerevana Qarabağ üzrə heç bir paket gətirməyib

Nalbandyan: Lavrov Yerevana Qarabağ üzrə heç bir paket gətirməyib

“Heç nə uydurmaq lazım deyil”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara ciddi zərbə vurulub.

Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bunu bazar günü jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

Onun sözlərinə görə, həmin zərbənin fəsadlarının aradan qaldırılması üçün həmsədrlər və beynəlxalq ictimaiyyət ciddi səy göstərməlidirlər. 

“Siz artıq beşinci dəfədir ki, hansısa paket haqqında soruşursunuz. Lavrov Ermənistana hər hansı bir paket gətirmədi, nə də qarşılıqlı güzəşt məsələsi müzakirə olunmayıb. Bunu Lavrov özü də bəyan etdi. Heç nə uydurmaq lazım deyil. Vasitəçilərin ATƏT-in Minsk qrupuna üzv ölkə prezidentlərinin beş bəyanatında öz əksini tapan təklifləri var”, - deyə erməni nazir bildirib.

0
24