Sabah 26 dərəcə isti olacaq

Sabah 26 dərəcə isti olacaq

Müləyim cənub küləyi əsəcək.

Aprelin 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən Oxu.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 19-24, Bakıda gecə  9-11, gündüz 20-22  dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 763 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz  40-50 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında aprelin 25-də hava şəraitinin  əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. 

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 6-11, gündüz 21-26 dərəcə isti,  dağlarda gecə -1-6 gündüz 12-17 dərəcə isti olacaq.

0
28