İmişlidə ağır yol qəzası

İmişlidə ağır yol qəzası

Ölən və yaralananlar var.

İmişli rayonu ərazisində ağır yol qəzası baş verib. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə rayonun Xəlfəli və Qulubəyli kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb. 

Hadisə “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsini idarə edən sürücülər ölüb. Onlardan birinin şəxsiyyəti müəyyən olub - Beyləqan rayon sakini 1967-ci il təvəllüdlü Vəliyev Məhəmməd Bəylər oğlu.  

Mikroavtobusda olan 12  sərnişinin xəsarət aldığı bildirilir. 

0
26