Bakı sakini məktub yazıb özünü “Marina Beach” çimərliyində asdı

Bakı sakini məktub yazıb özünü “Marina Beach” çimərliyində asdı

“Ölümümün dükan sahibi ilə əlaqəsi yoxdur”.

Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində intihar hadisəsi baş verib.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, 27 yaşlı Uğur Məmmədov intihar edib.

O, Mərdəkan qəsəbəsi, dəniz sahili “Marina Beach” çimərliyində özünü dəmir borudan asıb.

U.Məmmədovun cibindən məktub tapılıb. Məktubda “Ölümümün dükan sahibi ilə əlaqəsi yoxdur, intiharı özüm qəsdən etdim” sözləri yazılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 

0
19