Azərbaycan əsgəri ehtiyatsızlıq nəticəsində vəfat edib

Azərbaycan əsgəri ehtiyatsızlıq nəticəsində vəfat edib

Hadisə ilə bağlı cinayət işi başlanıb.

Ehtiyatsızlıqdan açılan atəş nəticəsində aldığı güllə yarasından Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Həsənov Təbriz Bəxtiyar oğlu vəfat edib. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata görə, hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Allah rəhmət eləsin!

0
62