Reuters: FED bu il uçot dərəcəsini iki dəfə artıracaq

Reuters: FED bu il uçot dərəcəsini iki dəfə artıracaq

Mütəxəssislərin 20%-i hesab edir ki, uçot dərəcəsi sentybrda qalxacaq.

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini iki dəfə artıracaq. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi yazır.

Agentliyin keçirdiyi sorğuda iştirak edən iqtisadçı və analitiklərin 80%-i hesab edir ki, ilk artım iyun ayında, ikinci isə ilin sonunda baş verəcək. 

İqtisadçıların fikrincə, iyunda FED rəhbərliyi uçot dərəcəsini 0,5-0,75%-dək artıracaq. Mütəxəssislərin 20%-i hesab edir ki, uçot dərəcəsi sentybrda qalxacaq.

Bununla yanaşı, ekspertlər hesab edir ki, aprelin 26-27-də baş tutacaq növbəti toplantıda FED uçot dərəcəsini dəyişməyəcək.

Qeyd edək ki, martda baş tutan son iclasda FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,50% diapazonunda saxlayıb. ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib.

0
31