Xəzərdə yanan Rusiya tankeri söndürəlməyəcək - YENİLƏNİB

Xəzərdə yanan Rusiya tankeri söndürəlməyəcək - YENİLƏNİB

“Gəmi özü yanmalıdır”.

Rusiya FHN Xəzər dənizində yanan tamkeri söndürməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə İnterfax-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzindən məlumat verilib.

“Tanker özü yanmalıdır. Rusiya xilasedici xidmətləri yanğının söndürülməsi ilə bağlı heç bir tədbir görməyiblər, buna ehtiyac da yoxdur”, - qurumun nümayəndəsi izah edib.

O, həmçinin dəqiqləşdirib ki, gəminin göyərtəsində 11 ekipaj üzvü olub. 

13:36

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT 2” tankerində baş verən yanğının söndürülməsinə Azərbaycana məxsus üç gəmi və iki helikopter cəlb olunub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə nəticəsində tankerin baş mexaniki ölüb. Onun adı açıqlanmır.

13:15

Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT 2” tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb, 18 nəfər təxliyə olunub.
 
Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti-yə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 
Hadisə Həştərxandan 800 km uzaqlıqda, Xəzər dənizinin Türkmənistan akvatoriyasında baş verib.
 
Hadisə nəticəsində bir nəfər vəfat edib.

12:08

Xəzər dənizində yanan gəmidə olan 18 nəfər yaxınlıqda olan gəmi tərəfindən təxliyə edilib.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə şənbə günü FHN Cənubi regional mərkəzindən bildiriblər.

FHN-in nümayəndəsinin sözlərinə görə, hadisə Xəzər dənizində Türkmənistan ərazi sularında Həştərxanın 800 km-də baş verib.  

“Gəmi boşdur. Göyərtədə 18 nəfər heyət üzvü var, onların hamısı yaxınlıqda üzən gəmi tərəfindən təxliyə edilib”, - agentliyin həmsöhbəti deyib.

“Hazırlıqlar başa çatdıqdan sonra Rostovdan FHN Cənubi aviasiya-xilasetmə mərkəzindən Be-200 təyyarəsi havaya qalxacaq”, - FHN nümayəndəsi bildirib.

Daha öncə təcili xidmətlərdəki mənbə RİA Novosti-yə yanğın nəticəsində bir nəfərin öldüyü barədə məlumat vermişdi.

11.34

Hadisə yerinə FHN-in helikopterləri və gəmisi cəlb olunub.

Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT 2” gəmisində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

Əlavə məlumat veriləcək.

0
40