Bakıda bir qrup avtobus sürücüsü etiraz aksiyası keçirir - FOTO + VİDEO

Bakıda bir qrup avtobus sürücüsü etiraz aksiyası keçirir - FOTO + VİDEO

Dəyişiklik 250 insanın işsiz qalması ilə nəticələnib.

Bakıda 18 saylı marşrut xəttinin sürücüləri etiraz aksiyası keçirirlər.

Oxu.Az xəbər verir ki, bunu Report-a etiraz aksiyası keçirən sürücülər bildiriblər.

Sürücülər “BakuBus” MMC-nin bu xəttə öz marşrutunu daxil etməsinə etiraz edirlər.

Onların sözlərinə görə, bu dəyişiklik 250 insanın işsiz qalması ilə nəticələnib.

“Bizə öncədən heç bir məlumat verilməyib və sadəcə 18 saylı marşrutda istifadə olunan avtobusların istismara yaramadığı bildirilib. Halbuki bu avtobuslar təmiz şəraiti, kondisioner sistemi və s. zəruri sistemlərlə təmin edilib. Bizim marşrutun işinin dayanması 250-dən çox insanın işsiz qalması deməkdir. Biz işlə təmin olunmağımızı tələb edirik”, - deyə sürücülər bildiriblər.

Qeyd edək ki, 18 saylı marşrut həftənin bütün günləri saat 06:10 - 23:00 radələrinədək Həmzə Babaşov küçəsindən Mərkəzi Univermağa qədər hərəkət edirdi.

0
41