Bakı sakinini qətlə yetirən şəxs tutuldu

Bakı sakinini qətlə yetirən şəxs tutuldu

Polis əməliyyat keçirib.

Bakı şəhər sakini Rafiz Mirzəyevə ölümcül xəsarət yetirmiş Tural İsmayılov tutulub.

Oxu.Az DİN-in saytına istinadən xəbər verir ki, aprelin 18-də Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Rafiz Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural İsmayılov tutulub.

0
23