KİV: İŞİD-çilər suriyalı hərbi pilotu əsir aldılar

KİV: İŞİD-çilər suriyalı hərbi pilotu əsir aldılar

Ekstremistlər hərbi təyyarəni vurublar.

İŞİD yaraqlıları aprelin 22-də Dəməşqin əyalətində qəzaya uğrayan Suriya HHQ təyyarəsinin pilotunu əsir götürdüklərini bəyan ediblər.  

Oxu.Az life.ru-ya istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb. 

Məlumata görə, hərbi təyyarəni məhz ekstremistlər vurub. 

Xatırladaq ki, daha öncə Suriya hərbi təyyarəsi MiQ-23 Dəmşq əyalətində Ad-Dumeyr aerodromundan havaya qalxdıqdan dərhal sonra qəzaya uğramışdı. 

Yerli KİV-in məlumatına görə, hadisə mühərriklərin texniki nasazlığı ucbatından baş vermişdi. 

0
9