Azərbaycan İrana yarım milyard kredit ayıracaq

Azərbaycan İrana yarım milyard kredit ayıracaq

Layihənin öyrənilməsi üzərində iş sona çatıb.

Azərbaycan İran üçün Rəşt-Astara dəmir yolunun inşaatının maliyyələşdirilməsi üçün 500 milyon dollarlıq kredit xətti açmağa razılıq verib. 

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib. 

Onun sözlərinə görə, Qəzvin-Rəşt-Astara dəmir yolu İran və Azərbaycanın dəmir yollarını birləşdirəcək. 

“İran Qəzvin-Rəşt sahəsində infrastrukturun yaradılması üzrə işin 92 fazini yerinə yetirib. Sahədə relslərin qoyulması qalıb, bu isə yaxın günlərdə ediləcək. Qəzvin-Rəşt sahəsinin 2016-cı ilin sonuna qədər tam hazır olacağı gözlənilir”, - Vaezi bildirib. 

Rəşt-Astara sahəsi haqqında danışarkən nazir bildirib ki, layihənin öyrənilməsi üzərində iş sona çatıb və İran onun maliyyələşdirilməsinə hazırlaşır. 

“Rəşt-Astara dəmir yolunun inşaatı milyard dollara yaxın vəsait tələb edir, onun 500 milyonu Azərbaycan tərəfindən kredit şəklində ayrılacaq. Azərbaycan krediti “Şimal-Cənub” layihəsinin realizəsini sürətləndirəcək”, - Vaezi bildirib. 

Onun sözlərinə görə, vəsaitin qalan hissəsi İran tərəfindən ayrılacaq. 

Nazir bildirib ki, İran və Azərbaycan sərhədində Astaraçay çayı üzərindən körpünün salınması artıq layihələşdirilib və Azərbaycan tərəfi onun inşaasına başlayıb. Tərəflər layihəni “50/50” prinsipi üzrə layihələşdirəcək. 

0
20