Qələbə paradı üçün texnika Moskvaya gətirildi - VİDEO

Qələbə paradı üçün texnika Moskvaya gətirildi - VİDEO

Paradda qadın bölüyü iştirak edəcək.

Aprelin 22-də axşam saatlarında mayın 9-da Qırmızı meydanda Qələbə paradında iştirak edəcək hərbi texnikanın bir hissəsi Moskvaya gətirilib. 

Oxu.Az xəbər verir ki, Layfın müxbirləri “Kornet” tank əleyhinə raket kompleksi ilə modernizasiya edilmiş “Tiqr” zirehli maşınını, “S-300” komplekslərini, eləcə də xüsusilə HDQ üçün hazırlanmış “Rakuşka” zirehli maşını görə biliblər. 

Bundan başqa, Moskvaya “Armat” bazasında hazırlanmış bir neçə tank da gətirilib. 

Qalan tanklar Moskvaya bir qədər gec gətiriləcək. Onlar çoxtonluq texnika üçün xüsusi platformaları olan qatarlarda gətiriləcək. 

Bu il Qələbə paradında ilk dəfə qadın bölüyü və hərbi kosmik qüvvələrin bölüyü iştirak edəcək. Ümumilikdə Qırmızı meydanda mayın 9-da on min adam, 200 ədəd hərbi texnika keçəcək, paytaxtın səmasına 70 təyyarə qalxacaq. 

0
29