ABŞ-da atışma: Beş nəfər öldü - FOTO

ABŞ-da atışma: Beş nəfər öldü - FOTO

Polis şübhəlini axtarır.

Amerikanın Corciya ştatının Kolumbiya dairəsində atışma zamanı beş nəfər ölüb. 

Oxu.Az xəbər verir ki, bu barədə “Augusta Chronicle” nəşri məlumat yayıb. 

Nəşrin məlumatına görə, atışmanın dörd qurbanı hadisə yerində keçinib, beşinci isə xəstəxanaya aprılarkən yolda can verib. Yerli polis nümayəndəsi bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs axtarılır. 

Ölənlərin kimliyi müəyyənləşdirilməyib. Hadisənin digər təfərrüatları məlum deyil. 

0
25