Anar Məmmədxanova həsr olunur: Ölümündən 5 il keçir - VİDEO

Anar Məmmədxanova həsr olunur: Ölümündən 5 il keçir - VİDEO

O, Azərbaycan tarixində ən gənc deputat idi.

Aprelin 23-də məşhur kapitanın, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanovun qəflətən ürək tutması nəticəsində dünyasını dəyişməsindən beş il zaman ötür.

Oxu.Az xəbər verir ki, Azərbaycanın estrada müğənnisi və şanson ifaçısı, beynəlxalq müsabiqələrin laureatı Cəlal Abbasov bu tarixə “Anar Məmmədxanova həsr olunur” adlı yeni klipini həsr edib.

Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olmuşdu.

Bakının 160 saylı orta məktəbini bitirib, 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. 1988-ci ildə məşhur “Bakılı oğlanlar” komandasını yaradıb, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.

Anar Məmmədxanov ömrünün 41-ci ilində dünyasını dəyişib. Anarın bir oğlu və iki qızı qalıb. 

Anar Məmmədxanov Azərbaycan tarixində ən gənc deputat idi. O, üç dəfə 1995-ci ildə 19 saylı I Suraxanı dairəsindən, 2000 və 2005-ci ildə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib. 

1992-ci ildə ŞHK Ali liqanın çempionu, 1993-cü il ŞHK Ali liqanın finalçısı, ŞHK Yay kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandasının turnirinin çempionu (2000).

0
14