Bakıda sürücü qız dələduzu biabır etdi: Sən kişi deyilsən - VİDEO

Bakıda sürücü qız dələduzu biabır etdi: Sən kişi deyilsən - VİDEO

Xanım sürücü ikinci dəfə belə halla rastlaşıb.

Paytaxtda fırıldağın yeni bir növü peyda olub. Fırıldaqçılar indi də “maşınım  xarab olub” bəhanəsi  ilə vətəndaşlardan pul almağa çalışırlar. Ancaq pul verən xanım sürücü  həmin şəxsi  2-ci  dəfə  başqa  yerdə  görəndə bir xeyli  əsəbiləşib. Həmin şəxsə yaxınlaşaraq  onun  bu  hərəkətinin düzgün addım olmadığını   bildiririb və bunu  kameraya  çəkərək  məsələni ictimailəşdirib.

Həmçinin Kərbəladan hədiyyə gətirdiyini  iddia edən fırıldaqçılar var.  

Son günlər  sosial şəbəkələrdə yayılan kadrlardan göründüyü kimi 27-30 yaşlarında bir gənc yoldan keçən sürücüləri saxlayaraq pul istəyir.

Ancaq maşındakı xanım bu hadisə ilə ikinci dəfə rastlaşdığı üçün həmin şəxəsin fırıldaqçı olduğunu anlayır.

Son zamanlar geniş yayılan və xüsusən də cavanların iştirakı ilə baş tutan bu cür hallara insanların münasibəti birmənalıdır.

Hüquqşünaslar  isə  bildirilər  ki  əgər  vətəndaşa  50 manatdan az ziyan vururulubsa, bu, İnzibati  Xətalar Məcəlləsinə görə xırda xuliqanlıq sayılır. Odur ki, belə  şəxsələri 72  manat cərimə  gözləyir.

Oxu.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:

0
53