Türkiyə raket atəşinə tutuldu: Ölən və yaralananlar var

Türkiyə raket atəşinə tutuldu: Ölən və yaralananlar var

Üç mərmi şəhərin mərkəzinə düşüb.

Türkiyənin Kilis əyaləti Suriya ərazisindən raket atəşinə tutulub.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, raket atəşi zamanı üç mərmi Kilis şəhərinin mərkəzinə düşüb. 

Hadisə nəticəsində yaralanıb xəstəxanaya çatdırılan 2 nəfər həkimlərin səylərinə baxmayaraq həyatlarını itiriblər. Daha 4 yaralının müalicəsi isə davam edir.

0
31