Neft sürətlə bahalaşır

Neft sürətlə bahalaşır

Həftənin əvvəlindən Brent neftinin qiyməti 5,9 faiz artıb.

Dünya bazarlarında neftin qiyməti artıq üçüncü həftədir ki bahalaşır.

Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, saat 18:00-a olan məlumata əsasən, Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 2,47% artaraq bir barelə görə 45,64 dollar olub.

WTI markalı neftin iyun fyuçerslərinin qiyməti bu vaxta 2,50% bahalaşaraq bir barelə görə 44,26 dollar təşkil edib.

Həftənin əvvəlindən Brent nefti 5,9 faiz, WTI isə - 9,7 faiz bahalaşıb.

0
46