Moskvada təkgöz əlil sehrbaz qızı zorladı

Moskvada təkgöz əlil sehrbaz qızı zorladı

Gənc qız ofisdə ifa etməyə razılaşıb.

Moskvada əvvəllər 4 dəfə məhkum olunmuş əlil 23 yaşlı sehrbaz qızı zorlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə aprelin 22-də “Moskovski komsomolets” nəşri yazır.

Nəşr bildirir ki, Rüstəm adlı kişi Krasnoyarskdan olan qadına özünü sığorta şirkətinin rəhbəri kimi təqdim edib. O, şəxsi sürücü və mühafizə xidmətlərindən istifadə edirdi.

Aprelin 20-si axşam saatlarında Rüstəm gənc qıza müəyyən məbləğ müqabilində onun ofisində ifa etməyi təklif edib. 

O, qızı Marksitsk küçəsindəki evə gətirərək səhərə qədər zorlayıb. Gənc qız səhərə yaxın tək alt paltarında mənzildən çıxaraq qaçıb.

Polis müəyyən edib ki, Rüstəm əvvəllər 4 dəfə məhkum olunub və əlildir: onun sağ gözünün yerinə şüşə protezdir.

Hazırda cinayətkar axtarışa verilib.

0
45