TANAP-a Şimali İraq və Türkmənistan qazı qoşula bilər

TANAP-a Şimali İraq və Türkmənistan qazı qoşula bilər

Baş direktor layihənin perspektivliyindən danışıb.

Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəməri layihəsinin (TANAP) miqyası genişlənir.

Oxu.Az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. 

Belə ki, TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib ki, 10 milyard dollar dəyərində olan layihəyə Şimali İraq və Türkmənistan qazının qoşulması gündəmdədir. 

“İraq qazının TANAP-a qoşulması üçün işlər görülür. Türkmənistan qazının layihəyə qoşulması da əlavə variant ola bilər”.

TANAP layihəsinin perspektivliyindən danışan Düzyol qeyd edib ki, Eskişehir Frakiya, Yunanıstana qədər hissənin tenderi tamamlanıb. 

“Dəniz keçidi istisna, mühüm müqavilələr imzalanıb. Təxminən 4,5 milyard dollar dəyərində müqavilə imzaladıq”, - deyə TANAP-ın baş direktoru deyib. 

S.Düzyol onu da əlavə edib ki, TANAP-a dair işlər 2018-ci ilin iyun ayınadək yekunlaşa bilər:

“Layihəyə dair işlər geriyə dönüşü olmayan bir şəkildə sürətlə irəliləyir. Biz var gücümüzlə çalışırıq ki, işləri 2018-ci ilin iyun ayınadək yekunlaşdıraq.

Təxminən 5 min nəfər işlərə cəlb edilib. 2500-dən artıq texniki avadanlıq fəaliyyət göstərir. Bununla bu il məşğulluğun 8 min nəfərə çatacağı ehtimal edilir. Bu isə ciddi bir rəqəmdir”. 

Qeyd edək ki, TANAP-a ilk qaz axını 2018-ci ildə baş tutacaq. TANAP-ın başlanğıcda nəqletmə qabiliyyəti ilkin mərhələdə 16 milyard kubmetr olacaq, sonrakı mərhələlərdə isə bu rəqəm 24 milyard kubmetrdən 31 milyard kubmetrədək artırılacaq. 

0
24