RİİB Lənkəranda autizm sindromlu uşaqlarla bağlı layihə etdi– FOTO

RİİB Lənkəranda autizm sindromlu uşaqlarla bağlı layihə etdi– FOTO

Məqsəd insanların diqqətini bu sosial məsələyə yönəltməkdir.

Heydər Əliyev Fondunun “Regional  İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Lənkəran şəhərində autizm sindromlu uşaqların müayinə və müalicəsi, həmçinin valideynlərin maarifləndirilməsi üzrə treninqlər keçirilib.

Birlikdən Oxu.Az-a verilən xəbərə görə, autizm sindromlu uşaqların müayinə və müalicəsinə dəstəyin göstərilməsi ilə bağlı qeyd olunan treninq RİİB-ə Lənkərandan daxil olan müraciətlər əsasında Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən reallaşdırılıb. Layihə 30-dan çox uşağı əhatə edib.

Əsas məqsəd autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına yardım etmək, onların valideynlərinə psixoloji hazırlıq baxımından dəstək olmaq, insanların diqqətini bu sosial məsələyə yönəltməkdir.

Lənkəranda təşkil olunan treninq zamanı autizm sindromlu uşaqların valideynlərini narahat edən bir sıra problemlər, regionda bərpa mərkəzlərinin yaradılması ilə bağlı təkliflər dinlənilib.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə autizm sindromlu uşaqların müayinə və müalicəsi baxımından cənub regionu üzrə yerli mütəxəssislərin hazırlanmasına başlanılıb.

0
29