18 yaşlı model faciəvi şəkildə öldü – FOTO

18 yaşlı model faciəvi şəkildə öldü – FOTO

Karyerasına hələ yenicə başlamışdı.

İtalyalı model Lisa Di Grisolo faciəvi şəkildə dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, 18 yaşlı Di Grisolo dünən səhər saatlarında Milandakı Certosa stansiyada relslər üzərindən qarşı tərəfə keçmək istəyərkən şəhərlərarası hərəkət edən qatarın altında qalıb.

Model qəza əsnasında qulaqcıqla musiqi dinləyirmiş. Ona görə də qatarın yaxınlaşmağını duya bilməyib.

Hadisə yerinə təcili olaraq polis əməkdaşları və tibbi heyət gəlib. Sərnişinlər qatardan təxliyyə olunub.

Siena şəhərində dizaynerliyi oxuduqdan sonra Milana dönən Di Grisolo modellik karyerasına hələ yenicə başlamışdı.

Aytən Sadıqzadə

0
22