ABŞ Avropaya ilk qaz tankerini göndərib

ABŞ Avropaya ilk qaz tankerini göndərib

“Çoxları ABŞ-ın bazara çıxışını gözləyir”.

ABŞ-ın mayeləşdirilmiş təbii qazla (MTQ) doldurulmuş ilk tankeri Avropaya aprelin 26-da çatacaq.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzetinin elektron versiyasında məlumat yayılıb. 

Qeyd edilir ki, söhbət 98 min ton MTQ olan və Portuqaliyaya yola salınan “Creole Spirit” tankerindən gedir. Tanker aprelin 15-də Luiziana ştatında yerləşən “Sabine Pass” limanından çıxıb. 

Bu, ABŞ-ın Avropaya MTQ çatdıracaq ilk, “Sabine Pass”dan ixraca göndərdiyi isə altıncı tankerdir. 

Qəzetdə bildirilir ki, Aİ-yə təbii qazın əsas ixracatçılarından olan Rusiya onu boru kəmərləri vasitəsilə tədarük edir. 

“Boru kəməri vasitəsilə verilən qaz, bəlkə də MTQ-dan ucuzdur. Belə ki, sonuncunu mayeləşdirmək, çatdırıldıqdan sonra isə yenidən qaz halına salmaq lazımdır – məqalədə deyilir. – Amma Avropada bir çoxları ABŞ-ın bazara çıxşını gözləyir; bu, enerji daşıyıcılarının tədarükü və qiymətlərində dominantlıq edən Rusiyanın nüfuzuna qarşı çıxmaq məqsədi daşıyan geniş səylərin bir hissəsidir”. 

0
15