Lavrov: ATƏT-in Minsk qrupunun alternativi yoxdur

Lavrov: ATƏT-in Minsk qrupunun alternativi yoxdur

“Biz paralel kanallar axtarmaq cəhdini dəstəkləmirik”.

Rusiya və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının koordinatoru kimi ATƏT-in Minsk qrupuna alternativ yaratmaq cəhdlərinə qarşıdır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov bildirib. 

“Biz paralel kanallar axtarmağı, tərəflərin etimadını qazanmayan mexanizmlərin yaradılmasını dəstəkləmirik. Bu, yalnız diqqəti əsas məsələdən - təhlükəsizliyi təmin etmək, yeni qurbanların olmasının qarşısını almaq və siyasi prosesin yenidən başlaması üçün şərait yaratmaqdan yayındıracaq” - Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəflərin özləri qərar verməlidirlər, Rusiya və Minsk qrupunun digər həmsədrləri - ABŞ və Fransa isə bu işdə onlara yardım etmək üçün çalışacaqlar.

“Bizim mövqeyimiz birdir, həmsədrlərin üçlüyü tərəflərin razılaşdıqları mandata müvafiq olaraq əsas koordinator funksiyasını həyata keçirməlidir”, – Rusiya XİN-in rəhbəri əlavə edib. 

0
12