Rumıniya borca görə “Eurovision”dan uzaqlaşdırıldı

Rumıniya borca görə “Eurovision”dan uzaqlaşdırıldı

Müsabiqənin rəsmi CD artıq buraxılıb.

Rumıniya borca görə “Eurovision”dan uzaqlaşdırılıb. 

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə musiqili müsabiqənin saytında məlumat yayılıb. 

Bu ölkənin iştirakçısı Ovidu Anton ikinci yarımfinalda çıxış etməyəcək. Belə ki, Rumıniya teleyayım korporasiyası (TVR) layihə təşkilatçılarına 16 milyon İsveçrə frankı borcludur (14,5 milyon avro).

TVR “Eurovision”da çıxış edə bilməyəcək, eləcə də Avropa Yayım İttifaqının “Eurovision News” və “Sports News Exchanges” daxil olmaqla bəzi servislərinə çıxışını da itirəcək. 

“Eurovision”un rəsmi CD artıq buraxılıb, bura rumın iştirakçısının mahnısı daxil edilib. İfaçıya hörmət naminə, bu kompozisiya əvvəlki kimi striminq servislərində yükləmək mümkün olacaq. 

0
14