Özbəkistanda hərbi helikopter qəzaya uğradı: 9 ölü

Özbəkistanda hərbi helikopter qəzaya uğradı: 9 ölü

Özbəkistanın Fərqanə vilayətində hərbi helikopter qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə Özbəkistan müdafiə nazirliyinin məlumatında deyilir.

İnsident nəticəsində 3 ekipaj üzvü və 6 hərbçi ölüb. Məlumata görə, Mİ-171 helikopteri planlı uçuş zamanı qəzaya uğrayıb.

Qəza ilə əlaqədar xüsusi komissiya yaradılıb, araşdırma aparılır.

0
15