Türk polisi İŞİD-in yaraqlısı olduğu ehtimal edilən şəxsi zərərsizləşdirdi

Türk polisi İŞİD-in yaraqlısı olduğu ehtimal edilən şəxsi zərərsizləşdirdi

“İslam dövləti” (İŞİD) qruplaşmasına aid olduğu ehtimal edilən və terror aktı hazırlamaqda şübhəli bilinən şəxs türk polisi tərəfindən terror əleyhinə əməliyyatda zərərsizləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə mənbəyə istinadən Anadolu agentliyi məlumat yayıb.

Terrorizmlə mübarizə dəstəsi kamikadze-yaraqlının terror aktı hazırlamasına dair aldıqları məlumat əsasında Ankaranın rayonlarının birində xüsusi əməliyyat keçiriblər. Şübhəli bilinən şəxs təslim olmaqdan imtina edib, polis ilə qarşıdurma zamanı ölüb.

Şübhəlinin evində böyük həcmdə partlayıcı maddə aşkar edilib.

N.O.

www.oxu.az

0
7