“Fənərbaxça”nın təyyarəsi Budapeştdə qəza enişi edib - FOTO

“Fənərbaxça”nın təyyarəsi Budapeştdə qəza enişi edib - FOTO

Göyərtəsində Türkiyənin “Fənərbaxça” komandasının futbolçuları olan təyyarə Macarıstanın paytaxtında qəza enişi edib.

Oxu.Az Hurriyet-ə istinadən xəbər verir ki, planlaşdırılmamış enişin səbəbi pilotun kabinəsində şüşədəki çat olub.

İlkin məlumata görə, çat təyyarənin quş karvanı ilə toqquşmasından yaranıb.

Fövqəladə hal nəticəsində heç kim xəsarət almayıb. Futbolçular üçün İstanbuldan başqa təyyarə səmaya qalxıb.

Noyabrın 20-da “Fənərbaxça” İngiltərədə Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Mançester Yunayted” ilə oynayacaq.

S.B.

0
12