Azərbaycan və İraq sərnişin və yük uçuşlarının perspektivlərini müzakirə edib

Azərbaycan və İraq sərnişin və yük uçuşlarının perspektivlərini müzakirə edib

Bakıda Azərbaycan və İraqın aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Dövlət Mülki Aviasiya Administrasiyasından Oxu.Az-a verilən məlumata görə, görüş konstruktiv və dostluq şəraitində keçib. Danışıqlar zamanı tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, Azərbaycan və İraq arasında müntəzəm sərnişin və yük uçuşlarının yerinə yetirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə hər iki ölkənin təyin edilmiş aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.

İraqın mülki aviasiya nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanının fəaliyyəti ilə tanış olub.

S.B.

0
7