Şahin Mustafayev: Sahibkarların yoxlanılması 1000 dəfə azalıb

Şahin Mustafayev: Sahibkarların yoxlanılması 1000 dəfə azalıb

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda sahibkarlıq fəaliyyətində 50 yoxlama keçirilib, halbuki, ötən ilin doqquz ayı ərzində bu göstərici 50 min təşkil edib.

Oxu.Az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev son vaxtlar yerli istehsalı dəstəkləmək, qeyri-neft ixracının təşviqi və sahibkarlığın inkişafı üçün çox mühüm addımlar atıb:

“İlk növbədə qeyd etmək istəyirəm ki, aparılan iqtisadi islahatlar çərçivəsində sahibkarlıq fəaliyyətinin yoxlanılmasının 2 il dayandırılması, biznesin qurulması üçün lisenziyaların sayının azaldılması və bir çox mühüm addımlar atılıb”.

Eyni zamanda, Ş.Mustafayev əlavə edib ki, yerli istehsalı dəstəkləmək üçün 84 malın idxalına spesifik gömrük rüsum dərəcələri tətbiq edilib.

S.B.

0
8