“Nə? Harada? Nə zaman?” oyunu üzrə VII Çağırış Kuboku keçiriləcək

“Nə? Harada? Nə zaman?” oyunu üzrə VII Çağırış Kuboku keçiriləcək

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi VII Çağırış Kubokunun keçirilməsi planlaşdırılır.

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VII Çağırış Kuboku Xəzər İntellektual Gənclər Klubu tərəfindən hər il həyata keçirilən ənənəvi turnirlərdəndir. Kubok çərçivəsində Bakı və regionlarda seçim turları təşkil olunacaq. Layihə ölkənin 16 regionunu əhatə etməklə 2000-dən çox gəncin turnirdə iştirakına şərait yaradacaq.

VII Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Layihənin seçim turları noyabr ayı ərzində Bakıda və ölkəmizin müxtəlif regionlarında keçiriləcək. Seçim turlarında ən yaxşı nəticə göstərmiş 50 komanda Kubokun finalına vəsiqə qazanacaq. Kubokun final mərhələsi dekabr ayında Bakıda təşkil olunacaq.

E.Ə.

0
9