Rusiyada azərbaycanlı tikintidə öldü

Rusiyada azərbaycanlı tikintidə öldü

Rusiyada Azərbaycan vətəndaşı Leninqrad vilayətində Vsevolojsk rayonunda tikintidə ikinci mərtəbədən yıxılaraq ölüb. O, üzləmə işləri ilə məşğul olurdu.

Oxu.Az xəbər verir ki, bu barədə 47news-a hüquq-mühafizə orqanları məlumat verib.

Məlumata görə, oktyabrın 18-də axşam Voronsov bulvarında yerləşən Murinoda inşaat meydançasına polis çağırılıb. Fəhlələr, Azərbaycadan olan həmkarlarının şaxtaya yıxılıb öldüyünü bildiriblər.

İlkin məlumata görə, hadisə baş verən zaman kişi ikinci mərtəbədə olub. Tikilən binanın ümumilikdə 22 mərtəbəsi var.

Araşdırma aparılır.

N.O.

www.oxu.az

0
7