Müğənnilərin borc qalmaqalı: Vergilər Nazirliyinə getsəm, aləm bir-birinə dəyəcək

Müğənnilərin borc qalmaqalı: Vergilər Nazirliyinə getsəm, aləm bir-birinə dəyəcək

Vergilər Nazirliyi ilə şou-biznes nümayəndələri arasında borc qalmaqalı pik həddə çatıb. Adları nazirliyin “qara siyahı”sında yer alan sənət adamlarının bəziləri vergi borclarını ödəsə də, tanınmışların çoxu “qara qəpik də verməyəcəyik” deyə israr edir.

Oxu.Az azvision.az-a istinadla xəbər verir ki, Xalq artisti Gülyanaq Məmmədova hələ də vergi borcunu ödəmədiyini deyib.

Bildirib ki, bununla əlaqədar nazirlikdən ona bir neçə dəfə zəng gəlib:

“Mənə zəng edib bildirdilər ki, nə vaxt vergi borcunuzu ödəyəcəksiniz? Dedim ki, heç vaxt. Mən hər rüb üzrə qazandığım gəlirə əsasən, vergi ödəyirəm. Xəbərdarlıq edilmədən yazılmış borcu ödəməyə imkanım yoxdur. Mən həmişə ödəniş etmiş adamam, niyə o boyda borcum olmalıdır ki? Onlar mənə telefonda heç nə demədilər. Mədəni şəkildə sağollaşdılar.

Mən hamilə qadınam, toylara çətinliklə, ağrı içində gedirəm. Əlimdə pul olmalıdır ki, uşaq olandan sonra ona baxım. Axı 2-3 ay işləyə bilməyəcəyəm”.

Ölkədən çıxışına qadağa qoyulan müğənni Abbas Bağırov borc məsələsinin həll edilmədiyini söyləyib.


Adının Vergilər Nazirliyinin “qara siyahı”sına salınması müğənni Sevinc Musayevanı qəzəbləndirib.

İfaçı bu xəbəri eşidəndə əsəbiləşdiyini deyib:

“Adım siyahıya salınan zaman Gəncədə idim. Xəbəri eşidib əsəbiləşmişdim. Hər dəfə vergi borcunu ödəmişəm. İndiyə kimi bir dəfə də olsun gecikdirməmişəm. Öz mətbuat xidmətimə dedim ki, Vergilər Nazirliyinə getsəm, aləm bir-birinə dəyəcək. Elə edin ki, ora getməyim. Yaxşı olar ki, özünüz həll edəsiniz. Ondan sonra bu məsələ ilə maraqlanmıram. Qazancım olmayanda da 100, 200 manat rüsum ödəmişəm”.

A.S.

0
7